• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Erik Ten Haq “Fulham”dən üzr tələb etdi

İDMAN

01 Mart 2024 | 10:41

Erik Ten Haq “Fulham”dən üzr tələb etdi

“Manchester United” klubunun baş məşqçisi Erik Ten Haq digər İngiltərə təmsilçisi “Fulham”dən oyunçusu Bruno Fernandeşi təhqir etdiyi üçün üzr istəməyi tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Hollandiyalı mütəxəssis “TikTok” sosial platformasında və “Fulham”in rəsmi səhifəsində Bruno Fernandeşin təhqir olunduğuna dair video paylaşıldığını iddia edib.

“Bu videodan xəbərim yox idi. Əgər bu, klub tərəfindən edilibsə, bunun düzgün olmadığını hesab edirəm. Bir komanda üçün bu cür postların paylaşılması doğru addım deyil. Onlar belə bir paylaşıma görə mütləq üzr istəməlidirlər”, - deyə Ten Haq bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı “Fulham” tərəfindən reaksiya gəlməyib. Komanda "Mançester Yunayted"in futbolçusunun zədələndiyi epizoda etiraz əlaməti olaraq sözügedən videonu paylaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026