• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vinisius La Liqada mart ayının ən yaxşısı seçilib

İDMAN

30 Mart 2024 | 12:45

Vinisius La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Vinisiusun mükafat uğrunda rəqibləri “Barselona”nın hücumçusu Robert Levandovski, “Real Sosyedad”ın yarımmüdafiəçisi Bris Mendes, “Vilyarreal”ın hücumçusu Aleksandr Serlot və “Atletik”in futbolçusu Qorka Qoroseta olub.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla 28 oyunda 18 qol və 8 məhsuldar ötürməyə imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026