• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Mançester Siti" səfərdə vacib üç xal qazandı

İDMAN

28 Aprel 2024 | 22:11 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" səfərdə vacib üç xal qazandı

İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Mançester Siti" səfərdə "Nottingem Forest"lə qarşılaşıb. Görüş "şəhərlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coşko Qvardiol və Erlinq Holand vurub.

Günün digər oyunlarında "Bournmut" "Brayton"u 3:0, "Arsenal" "Tottenhem"i 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 79-a çatdıran "Mançester Siti" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 80 xalla "Arsenal" başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026