• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

3x3 basketbol millimiz təlim-məşq toplanışına yollandı

İDMAN

28 May 2024 | 12:27

3x3 basketbol millimiz təlim-məşq toplanışına yollandı

Kişilərdən ibarət Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışı üçün Seribayanın Novi Sad şəhərinə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir.

Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə hazırlıq prosesinin sonlarında qərar veriləcək.

İyunun 7-nə qədər davam edəcək toplanış iyunun 8-9-da Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan yığmaları ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024