• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

AVRO-2004: Türkiyə və Gürcüstan qələbə qazandı - YENİLƏNİB

İDMAN

27 Iyun 2024 | 01:10

AVRO-2004: Türkiyə və Gürcüstan qələbə qazandı - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.

Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

1

Portuqaliya

3

2

0

1

5-3

6

2

Türkiyə

3

2

0

1

5-5

6

3

Gürcüstan

3

1

1

1

4-4

4

4

Çexiya

3

0

1

2

3-5

1

00:59

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.

51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.

Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

00:36

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

00:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Gürrcüstan - Portuqaliya matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Digər qolu isə Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısından keçirib.

Çexiya - Türkiyə görüşündə Türkiyə millisi hesabda 1:0 öndədir. 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

00:15

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib.

Gürcüstan yığması isə üstünlüyünü qoruyub saxlayır - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

00:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Çexiya - Türkiyə matçında hələlik qol vurulmayıb.

Gürcüstan yığması isə hesabda öndədir - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

 

23:57

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Çexiya - Türkiyə matçında qol vurulmayıb.

Gürcüstan yığması isə hesabda öndədir - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

 

23:26

Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda Türkiyə ilə matçında azlıqda qalıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.

23:14

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupundakı Gürcüstan - Portuqaliya oyununda hesab açılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.

Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.


SON XƏBƏRLƏR

29 Iyun 2024