• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

AFFA Hakimlər Komitəsinə yeni sədr seçildi

İDMAN

26 Iyul 2024 | 14:24

AFFA Hakimlər Komitəsinə yeni sədr seçildi

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Qeyd edək ki, Frank de Bleker 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb və UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.

O, daha əvvəl Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib. Sabiq referi 7 dəfə Belçikada ilin hakimi seçilib, 6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024