• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Boksçularımız beynəlxalq yarışda iştirak edəcək

İDMAN

25 Avqust 2024 | 12:51 | Müəllif: Əli Hüseynov

Boksçularımız beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.

Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.

Avqustun 25-də start götürəcək turnirə ayın 30-da yekun vurulacaq. Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026