• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Qarabağ”ın oyunu ilk “beşlik”də

İDMAN

24 Sentyabr 2024 | 11:51

“Qarabağ”ın oyunu ilk “beşlik”də

Avropa Liqasının ilk turunda mütləq izlənilməli olan oyunlar seçilib.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin ilk turunda tamaşaçılara 5 matç tövsiyə edilib.

Onlar arasında “Qarabağ”ın Londonda “Tottenhem”lə keçirəcəyi qarşılaşma da var.

İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb: “Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.

İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.

Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək. “Tottenhem” – “Qarabağ” matçı isə bu ayın 26-sı baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR