• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

İDMAN

23 Oktyabr 2024 | 15:52

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.

Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.

Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026