• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Mançester Yunayted" səfərdə məğlub oldu

İDMAN

24 Avqust 2024 | 18:31 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted" səfərdə məğlub oldu

İngiltərə Premyer Liqasının ikinci turunun açılış matçında "Brayton" doğma meydanda "Mançester Yunayted"ə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

32-ci dəqiqədə "Brayton"un ingilis hücumçusu Denni Uelbek hesabı açıb. Hollandiyalı Erik ten Haaqın rəhbərlik etdiyi komandanın cavab qolunu Fil-Divuarlı hücumçu Amad Diallo vurub.

"Brayton"un qələbə qolunu oyuna əlavə olunmuş 5-ci dəqiqədə braziliyalı hücumçu Joao Pedro vurub.

“Brayton” 6 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” 3 xalla 8-cidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR