• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Karateçilərimiz Budapeştdən üç medalla qayıdıblar

İDMAN

23 Sentyabr 2024 | 14:16 | Müəllif: Əli Hüseynov

Karateçilərimiz Budapeştdən üç medalla qayıdıblar

Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş "Budapeşt Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından (AKF) Bakıvaxtı.az-a verilən məlumata görə, idmançılarımız yarışda 3 medal qazanıblar.

Turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medala sahib çıxıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) isə Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, "Budapeşt Open" beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026