• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

AFFA iki futbolçunu cəzalandırdı

İDMAN

23 Oktyabr 2024 | 13:05

AFFA iki futbolçunu cəzalandırdı

I Liqada çıxış edən "İmişli" klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev V turda "Karvan"la matçda fanatlara kənar əşya atıblar.

"İmişli" onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma "Karvan"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR