• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Lənkəran”da 4-cü amerikalı

İDMAN

23 Sentyabr 2024 | 17:47 | Müəllif: Əli Hüseynov

“Lənkəran”da 4-cü amerikalı

“Lənkəran” heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, debütant 204 sm boya malik hücumçu Emanuel Littls ilə 1 illik müqavilə imzalayıb.

25 yaşlı basketbolçu “Lənkəran”a qədər “Fleyer Vels” (Avstriya) və “Posusje”nin (Bosniya və Herseqovina) formasını geyinib.

Qeyd edək ki, bu, cənub klubunda 4-cü amerikalı basketbolçu olub. Buna qədər komanda Qreqory Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb. Bundan başqa, Çınar Çakmak (Türkiyə), Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun (hamısı Azərbaycan) da keçidi rəsmiləşib. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026