• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

FIFA referimizə növbəti təyinat 

İDMAN

26 Iyul 2024 | 16:43

FIFA referimizə növbəti təyinat 

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ədalət təmsilçisinə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024