• Bakı 17° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

“Qarabağ” və “Zirə" Azərbaycan Kubokunda 37-ci dəfə üz-üzə gələcək

İDMAN

28 May 2024 | 16:20

“Qarabağ” və “Zirə Azərbaycan Kubokunda 37-ci dəfə üz-üzə gələcək

Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, "Zirə" 18 qola imza atıb.


SON XƏBƏRLƏR