• Bakı 28° C

    5.96 m/s

Belçika millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

İDMAN

28 May 2024 | 15:25

Belçika millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

Futbol üzrə Belçika millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko siyahıya 25 oyunçunun adını daxil edib.

Qapıçılar: Koen Kastels ("Volfsburq", Almaniya), Tomas Kaminski ("Luton Tovn", İngiltərə), Natz Sels ("Nottinqem Forest", İngiltərə).

Müdafiəçilər: Timoti Kastan ("Fulhem", İngiltərə), Maksim De Kuyper ("Brügge", Belçika), Vut Faes ("Lester", İngiltərə), Tomas Mene ("Trabzonspor", Türkiyə), Artur Teate ("Renn", Fransa), Yan Vertonqen, Zeno Debast (hər ikisi "Anderlext"), Aksel Vitsel ("Atletiko" Madrid, İspaniya).

Yarımmüdafiəçilər: Kevin De Bryune ("Mançester Siti", İngiltərə), Orel Manqala ("Lion", Fransa), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Aston Villa", İngiltərə), Artur Vermeren ("Atletiko" Madrid, İspaniya).

Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko ("Atletiko", Madrid, İspaniya), Karles De Keteler ("Atalanta", İtaliya), Ceremi Doku ("Mançester Siti", İngiltərə), Romelu Lukaku ("Roma", İtaliya), Dodi Lukobakio ("Sevilya", İspaniya), Leandro Reossar ("Arsenal", İngiltərə).

Qeyd edək ki, Belçika yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün E qrupunda Rumıniya, Slovakiya və Ukrayna milliləri ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

14 Iyun 2024