• Bakı 14° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8312

    RUB - 0.0184

"Qarabağ" "Sumqayıt"a uduzdu

İDMAN

28 Aprel 2024 | 23:10

Qarabağ Sumqayıta uduzdu

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün sonuncu matçında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.

Xallarının sayını 50-yə çatdıran "Sumqayıt" ikinci sıradakı "Neftçi"yə çatıb. "Qarabağ"ın 73 xalı var.

XXXII turda "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i, "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. Aprelin 29-da "Zirə" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.


SON XƏBƏRLƏR