• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

İDMAN

29 Aprel 2024 | 10:02

Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, XXXII turun "Sumqayıt" - "Qarabağ" matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Daha əvvəl bu arenada gerçəkləşən XXI turun "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 1:0.


SON XƏBƏRLƏR