• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarabağ"ın baş məşqçisi Portuqaliyaya yollandı

İDMAN

31 Yanvar 2024 | 17:17

"Qarabağ"ın baş məşqçisi Portuqaliyaya yollandı

"Qarabağ" klubunun video-analitik məşqçisi Yanuş Vasilyev UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqib "Braqa"nın oyununu Portuqaliyada canlı izləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, mütəxəssis fevralın 4-də sözügedən ölkəyə yollanacaq. O, fevralın 5-də, Bakı vaxtı ilə saat 00:30-da start götürəcək "Braqa" - "Moreyrense" matçına tribunadan baxacaq.

"Braqa"nın isə iki nümayəndəsi fevralın 8-də Bakıda olacaq. Həmin gün Ağdam təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Sabah"ı (ilk oyun - 7:1) qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026