Dekabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə dünya çempionatlarına start veriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanı ilin son yarışında 15 şahmatçı təmsil edəcək.
Bunlar Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abdulladır.
Yarışa dekabrın 31-də yekun vurulacaq.