• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Numan Kurdiç “Araz-Naxçıvan”ın TARİXİNƏ DÜŞDÜ

İDMAN

04 Dekabr 2023 | 09:44

Numan Kurdiç “Araz-Naxçıvan”ın TARİXİNƏ DÜŞDÜ

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı XV turda “Səbail”lə matçda topu öz qapısından keçirib.

Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.


SON XƏBƏRLƏR

26 Iyul 2024