• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Fənər” “cinayətkar”ı istəyir

İDMAN

04 Dekabr 2023 | 00:10

“Fənər” “cinayətkar”ı istəyir

"Fənərbaxça" yaxın vaxtlarda hücumçu Kvinsi Promesin transferi üçün "Spartak"a təklif göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul klubu hücumun sol cinahını möhkəmləndirmək istəyir. Mənbə iddia edir ki, "Fənərbağça" niderlandlının transferi ilə bağlı müsbət siqnallar alır.

Promes 2021-ci ilin fevralında 8,5 milyon avroya "Ayaks"dan Moskva klubuna keçib. Yanvarda 32 yaşı tamam olacaq futbolçunun gələn yaya qədər müqaviləsi var. Bu mövsüm forvard "qırmızı-ağlar"ın heyətində 19 matça çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Onu da deyək ki, Promes haqda Niderlandda cinayət işi qaldırılıb və futbolçu axtarışa verilib. O, əmisi oğlunu bıçaqlamaqda ittiham olunur./publika.az


SON XƏBƏRLƏR

26 Iyul 2024