• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Liverpul” və “Çelsi”dən əzmkar qələbə

İDMAN

03 Dekabr 2023 | 22:41

“Liverpul” və “Çelsi”dən əzmkar qələbə

İngiltərə Premyer Liqasında on dördüncü turun iki maraqlı qarşılaşması birdən başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hər iki görüş çox məhsuldar keçib və meydan sahibləri qalib gəlib. "Liverpul" öz meydanında "Fulhem"in müqavimətini qırdı, "Çelsi" isə doğma meydançasında "Brayton"u üstələdi.

Beləliklə, "Liverpul" turnir cədvəlində ikinci pilləyə yüksələ bilib, "Çelsi" isə onuncu yeri tutub.

"Liverpul" - "Fulhem" - 4:3 

Qollar: Aleksandr-Arnold, 20 - 1:0; Uilson, 24 - 1:1; Makallister, 38 - 2:1; Tete, 45+3 - 2:2; Rid, 80 - 2:3; Endo, 87 - 3:3; Aleksandr-Arnold, 88 - 4:3.

"Çelsi" - "Brayton" - 3:2 

Qollar: Fernandes, 17 - 1:0; Kolvill 21 - 2:0; Buonanotte, 43 - 2:1; Fernandes, 65 - penalti ilə - 3:1; Joao Pedro, 90+2 - 3:2.

Qırmızı kart: Qallaher 45 - "Çelsi".


SON XƏBƏRLƏR

26 Iyul 2024