• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İngiltərə nəhəngi Vinisiusu hədəfə aldı

İDMAN

04 Noyabr 2023 | 22:19 | Müəllif: Subhan Mahmudov

İngiltərə nəhəngi Vinisiusu hədəfə aldı

"Mançester Yunayted" "Real"ın braziliyalı hücumçusu Vinisius Juniorla maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 23 yaşlı Madrid klubunun ulduzuna hər mövsüm üçün 20 milyon avrodan çox maaş təklif etməyə hazırdır. Amma Vinisius bu yaxınlarda "qalaktikos"la müddəti 2027-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb. Ona görə də transferin baş tutacağı real görünmür.

Bu mövsüm Vinisius Junior "Real"ın heyətində 10 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Braziliya millisinin üzvünün dəyərini 150 milyon avro olaraq qiymətləndirir. Lakin onun yeni müqaviləsindəki təzminat məbləği daha yüksəkdir - 1 milyard avro./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026