Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ispaniyalı Salvador Kases Roka ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H. Heydərov ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycanın cüdo yığmasının hazırkı Avropa çempionatında hələlik ilk medalıdır.
19:19
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.
Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.








jpg-1701677899.webp)






