• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Xankəndidə oynanılacaq matça azarkeşlər də APARILACAQ

İDMAN

04 Dekabr 2023 | 17:13

Xankəndidə oynanılacaq matça azarkeşlər də APARILACAQ

"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik.

Bakıvaxtı.az xəbər verir ki, görüşlə bağlı bir neçə yenilik də məlum olub.

Bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaq.

Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. “Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026