Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov və Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova növbəti dəfə təyinat alıblar.
AVF-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlar 18 yaşadək oğlanlar arasında Gürcüstanın Telavi şəhərinə keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.
Zülfüqarov dekabrın 5-9-u aralığında təşkil olunacaq yarışda ədaləti qoruyacaq. İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcək.