• Bakı 15° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi DÇ-2026-da oynamayacaq?

İDMAN

04 Noyabr 2023 | 12:58

Messi DÇ-2026-da oynamayacaq?

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı forvard bunun çətin göründüyünü deyib:

“DÇ-2026-da iştirak edəcəyəm? O zaman mənim neçə yaşım olacağını nəzərə alsaq, bu, çətin görünür. Amma yaşayıb görəcəyik”.

Xatırladaq ki, Argentina millisi son düya çempionatının - Qətərdə keçirilən DÇ-2022-nin qalibidir. Messi isə bu mundialın ən yaxşı fubolçusu seçilib. Həmçinin forvard 4 gün əvvəl "Qızıl top"a layiq görülüb. Bu, Messinin karyerası ərzində qazandığı 8-ci "Qızıl top" olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026