• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Qələbə qazanmağımı Allah istədi" - Messi

İDMAN

03 Dekabr 2023 | 11:04 | Müəllif: Subhan Mahmudov

"Qələbə qazanmağımı Allah istədi" - Messi

Argentina millisinin futbolçusu Lionel Messi 2022-ci il Dünya Çempionatındakı qələbəsindən danışıb. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu onun  qazanmasını Allahın istədiyini deyib.

“Mən bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir və bunu mənə verəcək. Mən həmişə buna inanmışam. Çoxu böyük çətinliklər var idi, bu, mənim üçün həqiqətən çətin idi, amma sonda belə oldu”, - deyə Messi bildirib.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Həlledici görüşdə argentinalılar Fransaya penaltilər seriyasında qalib gəlib. Messi turnirin ən yaxşı oyunçusu seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026