• Bakı 13° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Messinin bu forması əbədiləşdiriləcək

İDMAN

01 Yanvar 2024 | 17:10

Messinin bu forması əbədiləşdiriləcək

Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.

O bildirib ki, 36 yaşlı kapitan yığma karyerasını bitirdikdən sonra geyindiyi 10 nömrəli forma heç kimə verilməyəcək: “Messidən sonra bu formanı bir daha heç kim geyinməyəcək. 10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq”.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina millisinin heyətində 180 oyunda 106 qol vurub. Cənubi Amerika komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026