• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ”ın rəqibində "yarpaq tökümü" - 2 futbolçu getdi

İDMAN

31 Yanvar 2024 | 15:20

“Qarabağ”ın rəqibində "yarpaq tökümü" - 2 futbolçu getdi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” 2 futbolçusu ilə yolları ayırıb. 

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin hücumçusu Luis Asue ölkənin digər klubu “Moreyrense”yə keçib. 21 yaşlı müdafəçi Dieqo Fonseka isə "Eştrela"ya (Portuqaliya) icarəyə verilib. 

Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə fevralın 22-də Bakıda olacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026