• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Pol Poqba 4 illik futboldan uzaqlaşdırıldı

İDMAN

29 Fevral 2024 | 16:44

Pol Poqba 4 illik futboldan uzaqlaşdırıldı

İtaliyanın “Juventus” klubunun və Fransa millisinin futbolçusu Pol Poqba 4 il müddətinə diskvalifikasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə italiyalı məşhur jurnalist Nikolo Skira məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

Qeyd edək ki, 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda “Udinese Calcio” ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub. O, ötən ilin sentyabrından Turin təmsilçisində məşqlərə qatılmır. “Juventus” cəza rəsmiləşən kimi onunla müqaviləni ləğv edəcəyini bildirmişdi. Təcrübəli futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının, 2020-2021 mövsümündə isə Millətlər Liqasının qalibi olub.

 


SON XƏBƏRLƏR

26 Iyul 2024