• Bakı 16° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qurbanov "Kəpəz"lə oyundan danışdı: Belə matçlar...

İDMAN

29 Mart 2024 | 22:28

Qurbanov Kəpəzlə oyundan danışdı: Belə matçlar...

Belə matçlar futbolçuları daha peşəkar edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis Gəncə təmsilçisinə və rəqibin baş məşqçi Adil Şükürova uğurlar arzulayıb:

“Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”.

Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb:

“İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.

Q.Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb:

“İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.

Baş məşqçi çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb:

“Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.


SON XƏBƏRLƏR

28 Aprel 2024
27 Aprel 2024