• Bakı 16° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

İDMAN

28 Aprel 2024 | 13:16

“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib.

Bakıvaxtı.az xəbər verir ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda “Börnli” ilə heç-heçə edib - 1:1.

İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” 54 xal toplayıb və altıncı pillədə qərarlaşıb. Halbuki dördüncü pillədə qərarlaşan “Aston Villa”nın 35 görüşdən sonra 67 xalı var və o “qırmızı şeytanlar” üçün artıq əlçatmazdır.

Mankunianlılar indi yalnız Avropa Liqasına və ya Konfrans Liqasına düşmək üçün mübarizə apara bilərlər.


SON XƏBƏRLƏR

12 May 2024