• Bakı 19° C

    16.44 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

İDMAN

27 May 2024 | 19:31

La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

İspaniya La Liqasında məşqçi dəyişikliyi reallaşıb.

Bakıvaxtı.az xəbər verir ki, "Osasuna" Visente Morenonu baş məşqçi təyin edib. 

49 yaşlı Moreno sonuncu dəfə Əndəlus təmsilçisi "Almeria"da çalışıb və burada ötən ilin sentyabrında ardıcıl 7 matçda qələbə qazanmadıqdan sonra qovulub. 

"Osasuna"nın əvvəlki baş məşqçisi altı mövsüm klubda çalışmış, Pamplona komandasını La Liqaya qaytaran və 2022/23 mövsümündə Kral Kubokunun finalına çıxaran Haqoba Arrasate idi. Gələn mövsüm Arrasate "Malyorka"nın baş məşqçisi olacaq.


SON XƏBƏRLƏR

20 May 2025