• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Qəbələ"də yeni futbolçu

İDMAN

26 Iyun 2024 | 13:57

Qəbələdə yeni futbolçu

Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024