• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

FIFA olimpiadadakı oyunla bağlı araşdırmaya başladı

İDMAN

26 Iyul 2024 | 10:09

FIFA olimpiadadakı oyunla bağlı araşdırmaya başladı

FIFA İntizam Komitəsi Argentina və Mərakeş yığmaları arasında Paris-2024 Yay Olimpiya Oyunlarında keçirilmiş matçdakı mümkün pozuntuları araşdırmaq üçün ekspert təyin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, komandalar arasında görüş 61-ci dəqiqədə dayandırılıb. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydana qaçaraq rəqib futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatdırılıb. Argentinanın ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024