• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Məşhur klub iflas qərarı üçün məhkəməyə müraciət etdi

İDMAN

26 Iyul 2024 | 13:52

Məşhur klub iflas qərarı üçün məhkəməyə müraciət etdi

Fransa Liqa 1-in 6 qat qalibi “Bordo” klubu 1937-ci ildən malik olduğu peşəkar statusunun ləğvi və iflas qərarı üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bordo təmsilçisinin İngiltərənin "Liverpul" klubunun sahibi olan Amerika şirkəti ilə danışıqları müsbət nəticələnmədiyi üçün iflas elan edilməsini istəyib. Bundan başqa maliyyə xərclərinin azaldılması üçün futbolçularla müqavilələrə xitam veriləcək və məşq mərkəzləri bağlanacaq.

Qeyd edək ki, 1949, 1983, 1984, 1986, 1998 və 2009-cu illərdə Fransa çempionu olan komanda 2023/2024 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024