• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Daha bir cüdoçumuz Avropa çempionu oldu

İDMAN

28 Aprel 2024 | 09:15 | Müəllif: Subhan Mahmudov

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub.

O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026