• Bakı 20° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi oldu

İDMAN

28 Aprel 2024 | 11:04

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda etimadı doğrudub. 

Bakıvaxtı.az xəbər verir ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medala layiq görülüb. 

Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 və 1/2  finalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb.


SON XƏBƏRLƏR

11 May 2024