• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

İDMAN

27 May 2024 | 13:59

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Bakıvaxtı.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb.

Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz orada iyunun 4-ü Qazaxıstan, iyunun 7-si Türkiyə və üç gün sonra isə meydan sahibləri ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

06 Noyabr 2025