• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Emin Mahmudov "Neftçi"nin tarixinə DÜŞDÜ

İDMAN

27 May 2024 | 14:06

Emin Mahmudov "Neftçi"nin tarixinə DÜŞDÜ

"Neftçi"nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu E.Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026