• Bakı 16° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu

İDMAN

28 Aprel 2024 | 18:00

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu

Tyaqo Motta “Yuventus”un yeni baş məşqçisi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Bolonya”nın hazırkı çalışdırıcısı ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Müqaviləyə onu daha bir mövsüm uzatmaq variantı da daxildir.

Bildirilir ki, “Qoca sinyora”nın rəhbərliyi Massimiliano Alleqrini əvəzləmək qərarına gəlib. Məşqçi 2021-ci ildən “Yuventus”a rəhbərlik edir və daha əvvəl 2014-2019-cu illərdə komanda ilə çalışıb.

Qeyd edək ki, Motta iki ay ardıcıl olaraq A Seriyasında ayın ən yaxşı məşqçisi seçilib. Hazırda “Bolonya” A Seriyasında dördüncü yerdədir və Avropa yarışlarına çıxmağa yaxındır.

“Yuventus” isə üçüncü yerdədir və “Bolonya”nı üç xal qabaqlayır, lakin bir matç artıq keçirib.


SON XƏBƏRLƏR

12 May 2024
11 May 2024