• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Manuel Noyer Almaniya derbisini buraxacaq

CƏMİYYƏT, İDMAN

29 Mart 2024 | 16:43

Manuel Noyer Almaniya derbisini buraxacaq

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədə səbəbindən Bundesliqanın 27-ci turunda "Borussiya"ya (Dortmund) qarşı keçirəcəkləri matçı buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel oyundan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

Mütəxəssis qolkiperlə yanaşı, Aleksandr Pavloviç, Rafael Gereyro və Saşa Boenin də eyni səbəbdən Almaniya derbisində iştirak etməyəcəyini bildirib. Komanda ilə məşqlərə başlayan hücumçu Harri Keynin isə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Bavariya" ilə "Borussiya" martın 30-da, Bakı vaxtı ilə saat 21:30-da "Allianz Arena"da qarşılaşacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2024