• Bakı 16° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanıldı

CƏMİYYƏT

28 Aprel 2024 | 11:58

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanıldı

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

11 May 2024