Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazovun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.