• Bakı 21° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Şəhid ailələri Zəngilan və Cəbrayıla səfər ediblər - VİDEO

CƏMİYYƏT

26 Iyun 2024 | 18:10

Şəhid ailələri Zəngilan və Cəbrayıla səfər ediblər - VİDEO

26 iyun- Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkib mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar, birinci Qarabağ müharibəsi Şəhidlərinin Xiyabanını ziyarət edilib.

Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.

Tədbirin sonunda Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailəllərinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın əməkdar artisti Sevinc Sarıyeva və sevilən mügəňi Tural Salmanov vətənpərvərlik mövzusunda ifaları ilə unudulmaz anlar yaşadıblar.

Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

 


SON XƏBƏRLƏR

28 Sentyabr 2024