• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

CƏMİYYƏT

26 Iyul 2024 | 17:45 | Müəllif: Əli Hüseynov

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

İyulun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, iclasda çıxış edən AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə Konfederasiyanın növbədənkənar qurultayının çağırılması, Məclisin tərkibində qismən dəyişiklik edilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər haqqında məsələnin daxil edildiyini deyib.

Sonra gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

İclasda AHİK-in növbədənkənar qurultayının avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub, Məclisin tərkibində qismən dəyişiklik təsdiqlənib.

Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər üzrə arayışın nəzərə alınması barədə qərar qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026