• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

CƏMİYYƏT

25 Avqust 2024 | 14:41 | Müəllif: Subhan Mahmudov

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

Bu barədə  Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Ötən il olduğu kimi Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd edilir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026