• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış baş məşqçinin “Sabah”dakı köməkçisi bu şəxsdir

İDMAN

31 Yanvar 2024 | 15:28

Tanınmış baş məşqçinin “Sabah”dakı köməkçisi bu şəxsdir

“Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytından məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə serbiyalı mütəxəssis Qoran Milyeviç gətirilib.

Artıq Bakıda olan 55 yaşlı məşqçi bu gün kollektivə təqdim olunacaq.

Bunadək “Sabah” klubunda baş məşqçi əvəzi olan Nikola Bozinovski ilə bağlı yekun qərarı isə Rimas Kurtinaytis verəcək.

Qeyd edək ki, Qoran Milyeviç daha əvvəl İsrailin “Hapoel Eilat”, Slovakiyanın “Luçenets”, Almaniyanın "Karlsrue" və Səudiyyə Ərəbistanının “Əl-Ansar” komandalarında işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026